"Zalım fələk" Əşrəfi "Real"dan ala bilmir

"Real" "Borussiya"ya icarəyə verdiyi futbolçusu Aşraf Hakimi ilə yeni müqavilə imzalayacaq.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu 21 yaşlı müdafiəçi ilə müqavilənin müddətini 2025-ci ilin iyununa kimi uzadacaq. "Real"ın oyunçunu növbəti mövsüm üçün icarəyə göndərməyi planlaşdırmadığı vurğulanıb. Bildirilib ki, Dortmund klubu Hakimini birdəfəlik almaq istəsə də, Madrid təmsilçisindən rədd cavabı alıb.

Qeyd edək ki, Hakimi 2018-ci ildən icarə əsasında "Borussiya"da oynayır.