Zədəsini sağaldan Noyer "Bayer 04"lə oyunda iştirak edə biləcək

Bundesliqanın 4-cü turunda keçirilən Verder Bremelə oyundan qabaq zədələnən "Bavariya"nın qapıçısı Manuel Noyer növbəti turda komandasına kömək edə biləcək.

Sportline.az Kicker nəşrinə istinadla xəbər verir ki, 38 yaşlı qapıçı sağlamlığını bərpa edib.

Bu mövsüm "Bavariyanın heyətində 5 oyun keçirən Noyer bu görüşlərin 3-də qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, təcrübəli qapıçının Almaniya klubu ilə 2025-ci ilə qədər müqaviləsi var.