Zidan Kurtuanı dəyişdi

"Real"ın qapıçısı Tibo Kurtua komandasının bugünkü ümumi məşqini buraxıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, belçikalı qolkiper fərdi qaydada məşq edib. Komandanın baş məşqçisi Zinəddin Zidan əsas komandaya "Kastilya"nın qapıçısı Dieqo Altubeni cəlb edib.

Xatırladaq ki, "Real" La Liqanın 8-ci turunda oktyabrın 5-i "Osasuna" ilə qarşılaşacaq.