"Zirə" Xorvatiyaya yollanıb
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Hayduk”un qonağı olacaq “Zirə” Xorvatiyaya yola düşüb.
Sportline.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi sosial şəbəkə hesablarında paylaşım edib.
Komanda görüşün keçiriləcəyi Split şəhərinə yollanıb.
Qeyd edək ki, Bakıda keçirilən ilk matç 1:1 hesabı ilə yekunlaşıb. Cavab görüşü iyulun 31-i Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.