"Atletiko Madrid" yeni mövsüm üçün formasını təqdim edib

"Atletiko Madrid" rəsmi saytında futbolçuların 2024/2025 mövsümündə geyinəcəyi komandanın yeni formasını təqdim edib.

Sportline.az xəbər verir ki, paytaxt klubunun forma təqdimatı mərasimində Antuan Qrizman, Koke və Samuel Lino iştirak edib.

Ənənə ilə müasirliyi birləşdirən yeni köynək mavi yaxalıq və şaquli istiqamətdə paralel uzanan qalın qırmızı və ağ zolaqlar arasında dəyişən zərif xətlər, qırmızı və mavi rənglərin bir-birini əvəz etməsi və incə gradientlərdə birləşməsi ilə fərqlənir. 

Qeyd edək ki, Madrid klubu ötən mövsüm La Liqada 76 xalla 4-cü yeri tutub və Çempionlar Liqasına vəsiqə qazanıb.