Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin iyulun 10-da keçiriləcək “Torpedo-BelAZ” (Belarus) - “Rabotniçki” (Şimali Makedoniya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda baş tutacaq.