2024/2025 mövsümündə El-Klasikonun keçiriləcəyi tarix məlum olub

La Liqanın 2024/2025 mövsümünün ilk turunun təqvimi və "Real Madrid"in "Barselona" ilə oyunlarının tarixləri bəlli olub.

Sportline.az xəbər verir ki, bu barədə İspaniyanın AS  nəşri məlumat yayıb.

2024/2025 La Liqa mövsümü avqustun 15-də "Atletik" - "Xetafe" matçı ilə başlayacaq. Son tur mayın 25-də baş tutacaq.

1-ci turun oyun cədvəli belədir:

"Atletik Bilbao" – "Xetafe"

"Betis" – "Jirona"

"Malyorka" – "Real Madrid"

"Las Palmas" - "Sevilya"

"Vilyareal" – 'Atletiko Madrid"

"Valensiya" - "Barselona"

"Real Sosyedad" – "Rayo Valyekano"

"Selta" – "Alaves"

"Osasuna" – "Leqanes"

"Valyadolid" – "Espanyol" / "Real Ovyedo".

Qeyd edək ki, "Real Madrid"-"Barselona" oyunları 11-ci və 35-ci turda baş tutacaq.(27 oktyabr və 11 may).