3-cü Avropa Oyunlarında iştirak edəcək qılıncoynadanlarımız

21 iyun-2 iyulda Polşada keçiriləcək 3-cü Avropa Oyunlarında iştirak edəcək qılıncoynatma üzrə milli komandamızın heyəti açıqlanıb. 

Sportline.az Azərbaycan Qılınoynatma Federasiyasına istinadən xəbər verir ki, qadın sablyaçılardan Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova, Palina Kaspiaroviç, kişi sablyaçılardan Saleh Məmmədov, Ayxan Xasıyev, Murad Əkbərov, Maqsud Hüseynli turnirdə iştirak edəcək. 

Azərbaycanı şpaqa növündə isə Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov təmsil edəcəklər.

Qeyd edək ki, 39 ölkədən 467 qılıncoynadanın qatılacağı turnirdə iştirakçılar şəxsi və komanda yarışlarında mübarizə aparacaqlar. Qılıncoytma üzrə yarışlar 25-30 iyunda keçiriləcək.