Abaskal İspaniya klubunda

"Bazel" və "Spartak"ın sabiq çalışdırıcısı Gilyermo Abaskal karyerasını İspaniyada davam etdirəcək. 

Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Qranada"nın "sükanı arxasına keçəcək".

Bu haqda tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, ilkin olaraq 1 illik müddəti əhatə edəcək anlaşmanın sonradan daha bir il uzadılma ehtimalı var.

Bunun üçün Abaskal komandanı La Liqaya yüksəltməlidir.