ABŞ millisinin baş məşqçisi komandasından razıdır

"Çox çətin və yorucu oyun oldu. Futbolçularım bütün güclərini ortaya qoydular. Birinci hissədən sonra bir az yavaşladıq və Uels təzyiqini artırdı. Rəqib ikinci hissədə oyunu yenidən qurdu, sadələşdirdi. Onların böyük komandası var. Uels bizə oyunu çətinləşdirdi. Uzun ötürmələrlə oynadılar, top uğrunda mübarizə apardılar".

Sportline.az xəbər verir ki, bu sözləri ABŞ millisinin baş məşqçisi Qreqq Berhalter DÇ-2022-nin qrup mərhələsinin 1-ci turunda Uelslə 1:1 hesabı ilə bərabərə qaldıqları görüşdən sonra deyib.

O, komandasının oyunundan razı qalıb: "Rəqibin müdafiəmizə təzyiqi ilə kifayət qədər yaxşı çıxış etdik. Əks-hücumlarda da yaxşı şanslarımız oldu. Sona kimi mübarizə apardıq".