"Adana Demirspor" futbolçusu ilə yollarını ayırdı

"Adana Demirspor"un 25 yaşlı mərkəz müdafiəçisi Andrea Qravillon komandaya məktub göndərərək ayrılmaq istədiyini bildirib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki. klubun futbolçuların maaşını geciktirməsi problemlərə səbəb olub. Qravillion məktub göndərərək təlim məşq toplanışında çıxış etməyəcəyini və komandadan ayrılmaq istədiyini deyib. 

25 yaşlı mrkəz müdafiəçisinin Rusya klublarından "Spartak Moskva" klubuna keçəcəyi bildirilib. 

Qeyd edək ki, Andrae Qravillon bu mövsüm "Adana Demirspor" forması ilə çıxdığı 18 oyunda 1 qol, 1 asistlə yadda qalıb.