Afrika kubokunun qalmaqallı finalı
Afrika Millətlər Kubokunun final matçı qalmaqalla yadda qalıb.
Sportline.az xəbər verir ki, gərgin mübarizəyə səhnə olan oyunda əsas hadisə matçın sonlarında yaşanıb. Hakimin penalti qərarı ilə razılaşmayan Seneqall futbolçuları meydanı tərk ediblər. 20 dəqiqəlik fasilədən sonra oyun bərpa olunub. Penalti nöqtəsinə yaxınlaşan Brahim Diaz fürsətdən yararlanmayıb. Solaxay Brahim Diazın zərbəni sağ ayaqla yerinə yetirməsi, seneqallı futbolçuların qapıçının qurtarışına sevinməməsi təbii ki, diqqətdən yayınmayıb. Bu rəqiblərin centlmen razılaşmasından xəbər verirdi. Beləliklə, əsas vaxt qolsuz yekunlaşdığından əlavə vaxta ehtiyac duyulub. Burada isə Pap Geyenin vurduğu qol komandasına qələbə qazandırıb. 1-0. Seneqal Afrika Millətlər Kubokunun qalibidir..
Seneqal - Mərakeş 1:0
Qol: Geye 94