Afrika Millətlər Kubokunda favoritlər bəlli olub

“Fildişi Sahili”nin ev sahibliyi etdiyi 2023 Afrika Millətlər Kubokunun açılış oyunu 14 yanvar bazar günü saat 00 00 da baş tutacaq.

Sportline.az  xəbər verir ki, görüş “Fildişi Sahili” ilə “Qvineya Bissau” arasında keçiriləcək. 24 komandanın yer aldığı turnirin favoritləri bəlli olub.Son cempion “Senegal”,siyahının ilk pilləsində yer alıb.
Turnir öncəsi OPTA-nın hazırladığı siyahıda Alio Sissenin komandasının cempion olmaq ehtimalı 12.8% -lə qiymətləndirilib.İkinci sırada 12.1%-lə Fildişi Sahili ,üçüncü sırada 11.1%-lə Mərakeş qərarlaşıb.

Siyahının son pilləsində isə Namibiya yer alıb.Namibiyanın bu turniri qazanmaq ehtimalı 0.5% olaraq təxmin edilib.

Qeyd edək ki turnir 11 fevral tarixində başa çatacaq.