Aleks Oksleyd Çemberleyn uzun müddət yaşıl meydanlardan kənarda qalacaq
"Beşiktaş" klubunun şərəfini qoruyan Aleks Oksleyd Çemberleyn zədə üzündən uzun müddət komandasına kömək edə bilməyəcək.
Sportline.az Sporx.com-a istinadala xəbər verir ki, 30 yaşlı ingiltərəli mərkəz müdafiəçisi "Alanyaspor" matçında zədələndiyi üçün 4 ay müddətinə yaşıl meydanlardan uzaq qalmalı olacaq.
"Beşiktaş" rəhbərliyi futbolçu sağalanadək müqaviləsini dondurmaq qərarına gəlib və Aleks Oksleyd Çemberleynə bu haqda məlumat verilib.
Qeyd edək ki, Aleks Oksleyd Çemberleyn bu mövsüm "Beşiktaş" forması ilə çıxdığı 22 oyunda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.