Alexandro Balde Türkiyə Superliqasında çıxış edə bilər

İspaniyalı 20 yaşlı sol cinah müdafiəçisi Türkiyə nəhəngi "Qalatasaray"a qatıla bilər. 

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, "sarı qırmızılar" gənc ulduz üçün "Barselona" klubuyla danışıqlara başlayıb və 6 aylıq icarə əsasında transfer etmək istədiklərini bildiribilər. 

"Kataloniyalılar" da Alexandro Baldenin daha çox forma geyinmə şansının olacağı klubla icarə əsasında göndərmək istədiklərini deyiblər. 

Qeyd edək ki, transferin gerçəkləşməsində tək əngəl isə Alexandro Baldenin Avropa klublarında çıxış etmək istəməsidir.