"Fənərbağça" klubunun prezidenti Ali Koç Türkiyə Super Kuboku matçının keçiriləcəyi tarix haqqında məlumat verib

"Fğnərbağça" klubunun prezidenti Ali Koç Türkiyə Super Kubokunun keçiriləcəyi yer və tarix haqqında açıqlama verib.

Sportline.az sporx.com-a istinadla xəbər verir ki, Ali Koç açıqlmasında :" Türkiyə Futbol Federassiyası matçı yanvar ayında keçirmək istəyir. Amma bu biraz çətindir. Məkan Samsun və Ankara olaraq göstərilib. Bizim üçün fərqi yoxdur. Tək şərtimiz oyunu Türk hakim idarə etməsin. 10 ildə haqqımızı yedilər. Buna icazə verməyəcəyik",-deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında keçirilməsi gözlənilən Türkiyə Super Kuboku siyasi məsələlərə görə təxirə salınmışdı.