Almaniya - Slovakiya: Heyətlərdəki son durum
2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin oyunları davam edir.
Sportline.az xəbər verir ki, Almaniya A qrupunun 6-cı turunda öz meydanında Slovakiya ilə üz-üzə gələcək.
Heyətlərə nəzər saldıqda meydan sahiblərində əsas itki Nadiem Amirinin adı ilə bağlıdır.
Slovakiya millisi isə görüşə optimal heyətlə çıxacaq.
Qeyd edək ki, start fiti 23:45-də səslənəcək oyunu fransalı hakim Fransua Leteksiye idarə edəcək.