"Almeriya"-"Barselona": Düşərgələrdəki son durum
La Liqada 36-cı turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, bü gün aşağı liqaya düşəcəyi dəqiqləşən "Almeriya" "Barselona"nı qəbul edəcək.
Oyun qabağı meydan sahiblərin heyətində İdrissu Baba və Large Ramazani itkilə sırasındadır.
Katalonların heyətində isə Ronald Arauxo, Alexandro Balde, Qavi, Gündoğan və De Yonq zədə səbəbindən oyunu buraxacaqlar.
Tərəflər arasında ilk dövrədə keçirilən oyun 3-2 hesabı ilə "Barselona"nın xeyrinə yekunlaşmışdı.
Qeyd edək ki, "Power Horse Stadium"da keçiriləcək matçın start fiti 23:30-da səslənəcək.