Ruben Amorim: "O, əsl liderdir"

Ruben Amorim "Mançester Yunayted"in Brunonu satmaq planlarının olmadığını təsdiqləyib.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "Əl Hilal"ın bu yay əsas hədəflərindən biri kimi Bruno Fernandeşlə maraqlanması heç nəyi dəyişmir. "Qırmızı şeytanlar" Brunonu saxlamaqda israrlıdırlar.

Ruben Amorim "O, liderdir, kapitandır. İnsanların Brunonu istəməsi təbiidir, amma biz onu "Mançester Yunayted"də saxlamaq istəyirik. O, dünyanın ən yaxşı futbolçularından biridir", - deyib.

Qeyd edək ki, 30 yaşlı portuqaliyalı bu mövsüm bütün turnirlər daxil olmaqla, 48 oyunda 17 qol vurub, 14 assist edib.