Ancelotti:"Real" üçün transfer pəncərəsi bağlandı
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti bu yay komandada mümkün transferlərdən danışıb.
Sportline.az xəbər verir ki, İspaniyanın Marca nəşri 65 yaşlı mütəxəssisin sözlərindən sitat gətirib.
"Transfer pəncərəsi bizim üçün bağlandı.Valyexo qayıdır, Alaba zədəsini sağaldır və bizimlə məşq edən gənclər bizə lazım olan keyfiyyətlərə malikdir.Bu vəziyyətdə komandada hər şey qaydasındadır. Heç kim getmir, hamı qalmaq istətir" deyə Ancelotti bilidirb.
"Real" Madrid bu yay heyətini iki futbolçu -Kilyan Mbappe və Endriklə gücləndirdi.
Qeyd edək ki, "Kral klubu" ötən mövsüm Karlo Ancelottinin rəhbərliyi ilə La Liqa və Çempionlar Liqasının qalibi oldu.İtaliya mütəxəssis 2021-ci ildən komandaya rəhbərlik edir.