Ançelotti Zidanı geridə qoydu

"Real"ın növbəti çempionluğu Karlo Ançelottinin bu klubda qazandığı 12-ci titul olub.

Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis bununla komandanın sabiq çalışdırıcısı Zinəddin Zidanı qabaqlayıb.

Fransalı baş məşqçinin aktivində 11 mükafat var.

Qeyd edək ki, Karlo Ançelotti 2013-2015-ci illərdə paytaxt təmsilçisini çalışdırıb.

O, 2021-ci ildən etibarən yenidən "Real"ın sükanı arxasındadır.