Andrey Santos karyerasını İngiltərədə davam etdirə bilər

"Strazburq"un brazilyalı futbolçusu Andrey Santos karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" A.Santosu transfer etmək üçün yarışa girib.

20 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Andrey Santos cari mövsüm çıxış etdiyi 30 matçda 10 qol 5 asistlə yadda qalıb.

Onun hazırkı dəyəri "Transfermarkt" portalına görə 25 milyon avro olaraq qiymətləndirilir.