Antuan Qrizmann əfsanəvi futbolçunu geridə qoyub
Fransa millisinin futbolçusu Antuan Qrizmannın Qazaxıstanı 8:0 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyununda vurduğu qol onun üçün əlamətdar olub.
Sportline.az xəbər verir ki, yığmadakı qollarının sayını 42-yə çatdıran 30 yaşlı yarımmüdafiəçi bombardirlər siyahısında əfsanəvi hücumçu Mişel Platinini qabaqlayaraq, 3-cü pilləyə yüksəlib.
Təcrübəli oyunçu bu göstəriciyə görə yalnız Tyerri Anri (51 qol) və Olivye Jirudan (46 qol) geri qalır.
Qeyd edək ki, Fransa millisi 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.