Anxelinyo "Qalatasaray" rəhbərliyinə qəzəblənib

"Leptsiq"dən "Qalatasaray"a transfer olunan ispaniyalı sol cinah müdafiəçi Anxelinyo rəhbərlikdən ən qısa zamanda qərar vermələrini tələb edib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 27 yaşlı futbolçu icarə əsasında çıxış etdiyi "sarı-qırmızılar"ın rəsmiləri ilə görüşərək komandadakı gələcəyi ilə bağlı qərarın verilməsini tələb edib. 

"Qalatasaray" klubu Anxelinyonun performansından narazı qaldığı üçün futbolçuyla yolları ayırmaq qərarına gəldiyini açıqlayıb. 

Qeyd edək ki, Anxelinyo "Qalatasaray" formasıyla çıxdığı 19 oyunda 1 qol, 1 asistlə yadda qalıb.