Arauxo "Barselona"da qalır

"Barselona"nın baş məşqçisi Xavi Ronald Arauxonun klubdakı gələcəyi ilə bağlı fikrini bölüşüb.

Sportline.az jurnalist Fabrisio Romanonun X sosial şəbəkəsindəki paylaşımına istinadla xəbər verir ki, o, komandanın aparıcı üzvünün klubda qalacağını bildirib.

Xavi 25 yaşlı mərkəz müdafiəçisi ilə əla anlaşdıqlarını vurğulayıb: "Onunla daim söhbətləşirik. Roni bu mövzuda nə düşündüyümü yaxşı bilir. Onun klubdakı gələcəyi ilə bağlı heç bir şübhəm yoxdur. Məncə o, özü də burada xoşbəxtdir".

Qeyd edək ki, 2020-ci ildə "Barsa"ya transfer olunan Arauxonun klubla 2026-cı ilədək müqaviləsi var.