"Araz-Naxçıvan" - "Aris" matçının başlama saatı açıqlanıb

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan təmsilçisi "Aris"ə qarşı keçirəcəyi oyunların başlama saatı bəlli olub.

Bu barədə Sportline.az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 24-də, Bakıdakı "Liv Bona Dea Arena"da keçiriləcək matç saat 20:00-da start götürəcək.

Bu komandaların bir həftə sonra – iyulun 31-də Saloniki şəhərində keçiriləcək qarşılaşması isə yerli vaxtla saat 21:15-də (Bakı vaxtı ilə 22:15-də) başlayacaq.