Arbeloanın yeni klubu açıqlandı
İngiltərə Premyer Liqa təmsilçisi "Fulham" komandasının yeni baş məşqçisi açıqlanıb.
Sportline.az xəbər verir ki, London klubu Alvaro Arbeloa ilə 2029-cu ilə qədər nəzərdə tutulan üçillik müqavilə imzalayıb.
Qeyd edək ki, Alvaro Arbeloa məşqçilik fəaliyyətinə "Real Madrid"in akademiyasında başlayıb. O, Xabi Alonsonun komandadan ayrılmasından sonra ötən mövsüm əsas komandaya rəhbərlik edib. Arbeloa ötən mövsümün sonunda Madrid təmsilçisi ilə yollarını ayırıb.