Arda Gülər: "Mənə səbrli olmağı tövsiyyə edirdi"

"Real"ın yarımmüdafiəçisi Arda Gülər Madrid klubuna uyğunlaşmasından söz açıb.

Sportline.az xəbər verir ki, o, baş məşqçi Karlo Ançelottinin rolunu xüsusi vurğulayıb.

"Komandaya tam uyğunlaşmışam. Buna görə komanda yoldaşlarıma, menecerimə və azarkeşləlrə minnətdarlığımı bildirirəm. Oynamadığım dövrdə Karlo Ançelotti məni daim dəstəkləyirdi. Səbrli olub, öz vaxtımı gözləməyi məsləhət görürdü", - deyə Gülər minnətdarlıq hissini bölüşüb.

Bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edək ki, 19 yaşlı futbolçu ardıcıl 3 oyunda 4 qola imza atıb.