Argentinalı gənc futbolçu İngiltərə klubuna keçir
Argentinalı gənc futbolçu Valentin Barko İngiltərə klubuna keçə bilər.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi "Brayton" klubunun şərəfini qoruya bilər.
"Boka Juniyors" klubu futbolçu üçün "Brayton"dan 14 milyon avro tələb edib.
Qeyd edək ki, Valentin Barko bu mövsüm "Boka Juniyors" forması ilə çıxdığı 35 oyunda 1 qol, 4 asistlə yadda qalıb.