"Arsenal" 17 yaşlı mərkəz müdafiəçisiylə maraqlanır
"Arsenal" klubu 17 yaşlı niderlandlı mərkəz müdafiəçisi Correl Hatunun trnasferində maraqlıdır.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "topçular" "Ayaks"da forma geyinən gənc futbolçu üçün təklif göndərməyə hazırlaşır.
Mikel Arteta Correl Hatunun gələcəkdə ən yaxşı müdafiəçilərdən biri ola biləcəyinə inandığı üçün transferin gerçəkləşməsini istədiyini bildirib.
Qeyd edək ki, Correl Hatu bu mövsüm "Ayaks" formasıyla çıxdığı 25 oyunda 2 qol, 1 asistlə yadda qalıb.