"Arsenal" bu futbolçuya görə 40 milyon avro təklif edib

"Bayer"in çexiyalı futbolçusu Patrik Şik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" P.Şiki transfer etmək üçün hərəkətə keçib.

29 yaşlı futbolçu üçün London klubu qarşı tərəfə 40 milyon avro təklif edib.

Qeyd edək ki, Patrik Şik bu mövsüm çıxış etdiyi 43 matçda 25 qol 1 asistlə yadda qalıb.