“Arsenal” gənc futbolçu üçün hərəkətə keçdi

Londonun “Arsenal” klubu yay transfer pəncərəsində İbrahim Maza transferini reallaşdırmaq üçün ciddi addımlar atır.

Sportline.az xəbər verir ki, “topçular” “Bayer"in 20 yaşlı istedadlı yarımmüdafiəçisini heyətinə qatmaq üçün təzyiqi artırıb. Baş məşqçi Mikel Arteta gənc futbolçunu bu yay mütləq şəkildə “Emirates” stadionuna gətirmək istəyir.  

Bu barədə “Fichajes” nəşri məlumat verib.

Bundan əlavə İbrahim Maza son dönəmdə Avropanın bir sıra nəhəng klublarının diqqət mərkəzinə düşüb və “Arsenal” onun transferi uğrunda ən fəal tərəflərdən biri hesab olunur.  

Qeyd edək ki, Maza alman təmsilçisinin heyətində ötən mövsüm çıxdığı  44 matçda 5 qol 6 asistlə yadda qalıb. Onun müqavilə müddəti 2030-cu ilin iyun tarixinə qədər nəzərdə tutulub. Gənc istedadın transfer dəyəri isə  45 milyon avro təşkil edir.

Banner