"Arsenal" İngiltərə Kuboku oyununda meydana fərqli formayla çıxacaq

"Arsenal" klubu İngiltərə Kubokunda "Liverpul"la qarşılaşacaqları matçda meydana ağ formayla çıxacaq. 

Sportline.az Gaol.com-a istinadla xəbər verir ki, sadəcə ağ rəngdən ibarət olan forma "Arsenal" klubunun tarixində bir ilk olacaq. 

"Topçular" Emireyts stadionunda "Liverpul"la matç öncəsində ev oyunları üçün hazırlanan formasını geyinəcəyini açıqlayıb.

Qeyd edək ki, "Arsenal" - "Liverpul" komandaları arasında keçiriləcək İngiltərə Kuboku yanvar ayının 7-də Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.