"Arsenal" ingiltərəli futbolçu üçün hərəkətə keçib

"Aston Villa"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Markus Reşford karyerasını "Arsenal"da davam etdirə bilər.

Sportline.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" Reşford üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb.

27 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Reşford cari mövsüm çıxış etdiyi 41 matçda 11 qol 9 asistlə yadda qalıb.