"Arsenal" "Leipziq"ə 70 milyon avro ödəməyə hazırdır

"Arsenal" "Leipziq"in sloveniyalı hücumçusu Benyamin Şeşko üçün 70 milyon avro ödəməyə hazırdır.

Sportline.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, London klubu yaxın günlərdə "Leipziq"ə rəsmi təklif göndərəcək.

22 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Şeşko bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda rəqib qapılarından 21 top keçirib.