"Arsenal" və "Çelsi" transfer yarışına girib

"Dortmund"un ingiltərəli futbolçusu Ceymi Gittens karyerasını ölkəsində davam etdirə bilər.

Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" Gittensi transfer etmək niyyətindədir.

20 yaşlı vingerin "Dortmund"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Gittens cari mövsüm çıxış etdiyi 46 matçda 12 qol 5 məhsuldar ötürmə müəllifi olub.