"Arsenal" "Vest Hem Yunayted"ə 70 milyon avro ödəməyə hazırdır
"Arsenal" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Vest Hem Yunayted"in qanalı futbolçusu Mohammed Kuduz "Arsenal" maraq dairəsinə düşüb.
Bu keçid üçün "topçular" qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, M.Kuduzun "Vest Hem"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
24 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 32 matçda 4 qol 3 asistlə yadda qalıb.