"Arsenal"dan 60 milyon avroluq transfer həmləsi

"Yuventus"un serbiyalı futbolçusu Duşan Vlahoviç "Arsenal"ın transfer hədəfinə çevrilib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, London klubu Vlahoviç üçün qarşı tərəfə 60 milyon avro təklif etməyi planlaşdırır.

25 yaşlı hücumçunun "Yuventus"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Vlahoviç cari mövsüm çıxış etdiyi 38 matçda 14 qol 5 asistlə yadda qalıb.