"Arsenal"dan Delap həmləsi
"Arsenal" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, "İpsviç"in ingiltərəli futbolçusu Liam Delap "Arsenal"ın maraq dairəsindədir.
22 yaşlı hücumçunun transfer qiyməti 35 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Liam Delap bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 37 matçda rəqib qapılarından 12 top keçirib.