"Arsenal"dan "Sevilya"ya

"Sevilya" "Arsenal"da çıxış edən Albert Lokonqanı icarəyə götürüb.

Sportline.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat verib.

Yarımmüdafiəçinin icarə müqaviləsi 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulub.

Eyni zamanda, Sevilya klubu 24 yaşlı futbolçunu icarə müddəti başa çatdıqdan sonra almaq hüququna sahibdir.

Lokonqa ötən mövsümü icarədə keçirdiyi "Luton Taun"da 17 oyunda və 1 qol, 3 məhsuldar ötürmə ilə tamamlayıb.

Qeyd edək ki, futbolçunun London klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.