"Arsenal"ın əsas hədəfi bəlli olub
"Arsenal" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, London klubunun əsas hədəfi "Sportinq"in isveçli futbolçusu Viktor Gyökeresdir.
26 yaşlı forvard üçün Portuqaliya klubu 75 milyon avro tələb edir.
Qeyd edək ki, Gyökeres bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 48 matçda 52 qol 12 asistlə yadda qalıb.
Onun "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.