Asiya Kuboku 2023-ün açılış mərasminin tarixi məlum olub
Qətərdə keçiriləcək Asiya Kuboku 2023-ün açılış mərasiminin tarixi dəqiqləşib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, çempionatın açılış mərasimi Argentina və Fransa millilərinin final matçına ev saibliyi etmiş "Lusail" stadionunda yanvar ayının 12-də keçiriləcək.
Hazırda açılış mərasimi üçün 80 mindən çox biletin satıldığı bildirilib.
Qeyd edək ki, Asiya Kubokunun ilk matçında Qətər və Livan milliləri qarşılaşacaq.