"Atletiko" argentinalı hücumçunu heyətinə qatmaq istəyir

"Mançester Siti"nin futbolçusu Xulian Alvarez "Atletiko" Madridin transfer radarına düşüb.

Sportline.az Soccer.ru-ya istinalda xəbər verir ki, Madrid klubu yaxın günlərdə 24 yaşlı hücumçu üçün şəhərlilərin qapısını döyəcək.

Paytaxt klubu bu transfer üçün qarşı tərəfə böyük bir məbləğ ödəyə bilməyəcəyindən, oyunçuya daha çox oyun vaxtı təklif etməyi planlayır.

Qeyd edək ki, Xulian Alvarez bu mövsüm "Mançester Siti" foramsı ilə çıxdığı 54 oyunda 19 qol vurub, 13 asist edib.