"Atletiko" "Atletik"lə bacarmadı

İspaniya La Liqasında 28-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, bu gün Madrid “Atletiko”su səfərdə “Atletik”lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində İker Muniain (37), qonaqlardan isə Dieqo Kosta (39) fərqlənib.

Qeyd edək ki, “Atletiko” 46 xalla 6-cı, “Atletik” isə 38 xalla 10-cu pillədə qərarlaşıb. Turnir cədvəlinə 61 xalla “Barselona” başçılıq edir.