"Atletiko" İspaniya millisinin müdafiəçisi ilə anlaşıb
"Atletiko" Madrid "Real Sosiedad" və İspaniya millisinin üzvü Robin le Normanı heyətinə qatıb.
Sportline.az Relevo-ya istinadla xəbər verir ki, oyunçunun klubu və özü ilə hər mövzuda razılıq əldə edilib.Yaxın günlərdə transferin rəsmləşməsi gözlənilir.
Ötən mövsüm Bask klubunun heyətində 43 oyuna çıxan 27 yaşlı futbolçu 2 qola imza atıb.
Qeyd edək ki, Avropa Çempionatında İspaniya ilə çempioluq yaşayan Le Norman turnir ərzində 6 oyunda meydana çıxıb. Oyunçu yalnız 1/4 finalda Fransaya qarşı oyunda iştirak edə bilməyib.