"Atletiko" Madrid belçikalı futbolçusu ilə müqaviləni uzadacaq
"Atletiko" Madridin 35 yaşlı müdafiəçisi Aksel Vitsel klubu ilə müqaviləsini uzadacaq.
Sportline.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano "X" hesabından məlumat yayıb.
Mənbənin sözlərinə görə yeni müqavilənin müddəti 1 illik olacaq.
Xəbərdə Vitsel və ailəsinin Madriddə xoşbəxt olduğu və "Atletiko"nun baş məşqçisi Dieqo Simenonenin də oyunçunun komandada qalmasını istədiyi bildirilir.
Qeyd edək ki, Vitsel 2022-ci ilin yayından paytaxt klubunda çıxış edir.