"Atletiko Madrid" norveçli hücümçu ilə maraqlanır
"Atletico Madrid" "Vilyarreal"ın hücumçusu Aleksandr Sörlotu heyətinə cəlb etmək istəyir.
Sportline.az Marca.com-a istinadla xəbər verir ki, Madrid klubu yay transfer pəncərəsində 28 yaşlı futbolçu üçün "Vilyarreal"a təklif göndərəcək.
Mənbənin sözlərinə görə, "Vilyarreal" futbolçunun transfer qiymətini 40 milyon avro olaraq müəyyənləşdirib.
Qeyd edə ki, Aleksandr Sörlot bu mövsüm çıxdığı 40 oyunda 26 qol vurub, 6 asist edib.Hücümçu La Liqanın sonuna 1 həftə qalmış bombardirlik cədvəlində 1-ci sıradadır.(23 qol).İkinci pillədəki Artem Dobvikin 21 qolu var.