"Atletiko Madrid" Qazaxıstanda klub akademiyası açacaq

Bu qərar Qazaxıstan Respublikasının Prezidenti Kasım Jomart Tokayevin Atletiko Madrid klubunun prezidenti Enriko Serezo Torreslə görüşündən sonra qəbul edilib.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Kasım Jomart Tokayevə ölkədə “Atletiko” futbol akademiyasının açılması barədə layihə təqdim olunub. Qazaxıstan prezidenti futbolun inkişafına yönəlmiş bu təşəbbüsü hərtərəfli dəstəkləməyə hazır olduğunu bildirib.

Almatı vilayətinin Talqar şəhərində yerləşən “Akbulak” Olimpiya Mərkəzinin bazasında “Atletiko” futbol akademiyasının yaradılması planlaşdırılır. Görüşün sonunda Enrike Serezo Torres Qasım-Jomart Tokayevə “Atletiko Madrid” futbolçularının avtoqrafı olan köynək hədiyyə edib.

Xatırladaq ki, “Atletiko” 11 dəfə İspaniya çempionatının, 10 dəfə ölkə kubokunu, 3 dəfə Avropa Liqasının qalibi olub. Madrid klubu tarixində iki dəfə də Çempionlar Liqasını qazanıb. Dieqo Simenonenin rəhbərlik etdiyi komanda İspaniya La Liqasının son mövsümünü 76 xalla dördüncü pillədə başa vurub.