"Atletiko Madrid" sağ cinah müdafiəçisiylə yeni müqavilə imzalayacaq
"Atletiko Madrid" klubu sağ cinah müdafiəçisi Nahuil Molinayla yeni müqavilə imzalayacaq.
Sportline.az idman jurnalisti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, İspaniya klubu 25 yaşlı argentinalı müdafiəçiylə 100 milyon avroluq yeni müqavilə barədə danışıqlar masasına əyləşib.
Nahuil Molina "Atletiko Madrid"də qalmaq istədiyini və müqaviləni imzalayacağınl açıqlayıb.
Qeyd edək ki, Nahuil Molina bu mövsüm "Atletiko Madrid" formasıyla çıxdığı 22 oyunda 2 qol, 3 asistlə yadda qalıb.