"Atletiko" rusiyalı futbolçunu istəyir

Moskva "Dinamo"sunun forvardı Konstantin Tükavin karyerasını İspaniyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Atletiko" onun xidmətində maraqlıdır.

Madridlilərin bu yay sözügedən transferi reallaşdıracağı gözlənilir.

Bu haqda teleqram-kanalda "Pervıy sport" məlumat yayıb.

Qeyd edək ki, bu mövsüm 36 oyuna çıxan 21 yaşlı hücumçu 17 qol və 10 asistə imza atıb. 

Onun transfer dəyəri 12 milyon avrodur.